...

Azərbaycan və Yaponiya hökumətləri qrant sazişi imzalayıb

Siyasət Materials 31 May 2006 16:19 (UTC +04:00)
Azərbaycan və Yaponiya hökumətləri qrant sazişi imzalayıb

Trend agentliyinin məlumatına əsasən, bu gün Bakıda Azərbaycan və Yaponiya hökumətləri "Azərenerji" SC-nin "Müşfiq" yarımstansiyasının bərpası üçün vəsaitin ayrılmasını nəzərdə tutan qrant sazişi imzalayıb. Qrantın məbləği 880 mln. yapon yeni və ya təxminən $8 mln. təşkil edir.

Saziş Azərbaycanın baş nazir müavini Yaqub Eyyubov və Yaponiyanın Azərbaycandakı fövqaladə və səlahiyyətli müşaviri Hidimo Nakacimo tərəfindən imzalanıb. Vəsaitlər Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin vasitəsilə ayrılacaq.

220 kilovoltluq "Müşfiq" yarımstansiyası Bakının enerji təchizatında böyük çəkiyə malikdir. Bu stansiya böyük işin öhdəsindən gəldiyi üçün yüksək statuslu strateji və texniki əhəmiyyət kəsb edir. Stansiyanın verdiyi elektrik enerjisindən Bakının 3 böyük rayonu və Qaradağ zonası yararlanır.

Yarımstansiyada 20 illik istifadədə olan 220 MVA-lıq 2 transformatorun dəyişdirilməsi nəzərdə tutulub. Bakıda iqtisadi artım sürətini və elektrik enerjisinə olan tələbatın artımını nəzərə alaraq yarımstansiyanıın imkanlarını genişləndirmək qərara alınıb. Yarımstansiyada iki 250 MVA-lıq transformatorun quraşdırılması, rele müdafiə sisteminin dəyişdirilməsi, 10 kilovoltluq qovşağın bərpası və sair işlərin görülməsi planlaşdırılıb.

Bu il layihə üzrə məsləhətçi və baş podryatçının müəyyənləşdirilməsi müsabiqəsi keçiriləcək. Bərpa işlərini 2007-ci ilin sonu-2008-ci ilin əvvəlində başa çatdırmaq nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti