...

Səfər Əbiyev: Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə çoxlu sayda silah və hərbi texnika cəlb edir

Siyasət Materials 1 İyun 2006 14:00 (UTC +04:00)
Səfər Əbiyev: Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə çoxlu sayda silah və hərbi texnika cəlb edir

Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə çoxlu sayda silah və hərbi texnika cəlb edir. Trend in xəbər verdiyi kimi, bu barədə iyunun 1-də Bakıda Azərbaycan və Tacikistan arasında hərbi sahədə aparılmış danışıqların yekunlarına həsr olunmuş mətbuat konfransında Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev bəyan edib.

Nazir qeyd edib ki, Ermənistan tərəfindən Azərbaycanın 20% ərazisinin işğal olunması faktını tacikistanlı həmkarının diqqətinə çatdırıb.

S.Əbiyev qeyd edib ki, Tacikistanın müdafiə naziri general-polkovnik Şerali Xeyrullayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyib. "MDB ölkələri müdafiə nazirlərinin Bakıda iclası zamanı bir neçə nazir mənə yaxınlaşaraq Ermənistanın təcavüzkar ölkə elan olunması məsələsi ilə bağlı Azərbaycanın mövqeyini dəstəklədiyini bildirib. Onlar arasında tacikistanlı nazir də var idi", - deyə S.Əbiyev bildirib.

Xəbər lenti

Xəbər lenti