...

Azərbaycan prezidenti İranın sənaye və mədən nazirini qəbul edib

Siyasət Materials 2 İyun 2006 17:29 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, iyunun 2-də Azərbaycan prezidenti İlham Əliyev İranın sənaye və mədən naziri doktor Əlirza Təhmasebinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş zamanı prezident İlham Əliyev iki ölkə arasındakı əlaqələrin uğurla inkişaf etdiyini nəzərə çatdırıb. O, İran dövlətinin başçısı ilə keçirilmiş görüşlərin əlaqələrin genişlənməsində rolunu qeyd edib. O, İran nazirinin bu səfərinin də ölkələrimiz arasındakı iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirib.

Doktor Əlirza Təmasebi İran prezidentinin salamlarını İ.Əliyevə çatdırıb. Qonaq Azərbaycanın müstəqillik əldə etməsindən sonra iki ölkə arasındakı münasibətlərin daha da inkişaf etdiyini və İranın daim Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti