...

Valdas Adamkusun Bakı səfərinə hazırlıq görmək məqsədi ilə Litvanın işçi qrupu Bakıdadır

Siyasət Materials 5 İyun 2006 17:48 (UTC +04:00)

Litva prezidenti Valdas Adamkusun Bakıya rəsmi səfərinə hazırlıq görmək məqsədi ilə Litvanın işçi qrupu Bakıdadır. Bu barədə Trend ə Azərbaycan Xarici işlər nazirliyindən xəbər veriblər.

İşçi nümayəndə heyətinin tərkibinə Litva prezidenti administrasiyasının, müxtəlif nazirlik və idarələrin nümayəndələri daxildir. Onlar azərbaycanlı həmkarları ilə birgə səfərin gündəliyinin və proqramının son razılaşmaları aparılır.

Qeyd edək ki, V.Adamkusun Azərbaycana səfəri 8-9 iyunda nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti