Azərbaycan-Pakistan parlamentlərarası dostluq qrupu üzvlərinin Paksitana səfəri nəzərdə tutulub. Bu barədə Trend ə Milli Məclisdən bildiriblər.
Səfərdə Paksitan-Azərbaycan parlamentlərarası dostluq qrupunun pakistanlı üzvləri ilə görüşlər keçiriləcək. O da qeyd olunub ki, məqsəd parlamentlərarası əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsidir. Səfərin nə vaxt reallışdırılması ilə bağlı dəqiq tarixin hələlik məlum olmadığını bildirilsə də, Pakistana səfərin nəzərdə tutulduğu qeyd olunub.
Onu da bildirək ki, Azərbaycan-Pakistan parlamentlərarası dostluq qrupuna Milli Məclisin aqrar siyasət məsələləri daimi komissiyasının sədri Eldar İbrahimov rəhbərlik edir. Qrupa millət vəkillərindən İsa Həbibbəyli, Aydın Hüseynov, Mussa Quliyev, Səyavuş Novruzov, Cavanşir Paşazadə və Tahir Rzayev daxildir.
Eldar İbrahimov Paksitana səfərin gündəmdə olduğunu bildirib.