...

Qarabağ Azadlıq Təşkilatı Azərbaycanda peşəkar ordunun yaradılmasını təklif edir

Siyasət Materials 12 İyun 2006 14:07 (UTC +04:00)

Qarabağ Azadlıq Təşkilatı (QAT) Azərbaycanda peşəkar ordunun yaradılmasını təklif edir. Trend in xəbərinə görə, bu barədə QAT-ın iyunun 12-də keçirdiyi dəyirmi masada təşkilatın sədri Akif Nağı məlumat verib.

A.Nağı bildirib ki, peşəkar ordunun yaradılması prosesinə Birinci Qarabağ müharibəsində iştirak etmiş zabitlər cəlb olunmalıdır.

"Torpaqları işğal altında olan Azərbaycan üçün ordu quruculuğu xüsusi əhəmiyyət kəsb edir. Birinci Qarabağ müharibəsi dövründə Azərbaycan ordusunun bir sıra uğurlu əməliyyatları olub" - deyə QAT sədri vurğulayıb.

O qeyd edib ki, 1992-ci il iyunun 12-də başlayan genişmiqyaslı hərbi əməliyyatlar ordumuzun qalib gəlmək gücünü, komandirlərimizin və əsgərlərimizin döyüş bacarığı və rəşadətini nümayiş etdirib. Birinci Qarabağ müharibəsinin təcrübəsi də peşəkar və yaxud müqaviləli orduya keçidin zəruriliyini təsdiq edir.

QAT sədri peşəkar ordunun yaradılmasının zəruriliyi ilə bağlı mütəmadi olaraq ictimai müzakirələrin keçirilməsini də zəruri hesab edir.

Xəbər lenti

Xəbər lenti