...

İyunun 27-28-də Vyanada ATƏT-in təhlükəsizlik sahəsindəki problemlərin icmalı üzrə konfransı olacaq

Siyasət Materials 12 İyun 2006 14:57 (UTC +04:00)

İyunun 27-28-də Vyanada ATƏT-in təhlükəsizlik sahəsindəki problemlərin icmalı üzrə konfransı (TİAK - 2006) olacaq. Trend in ATƏT katibliyinə istinadən xəbər verdiyi kimi, iclasda təşkilatın 55 üzv dövlətləri nümayəndələrinin iştirakı gözlənilir.

İştirakçılar münaqişələrin qarşısının qabaqcadan alınması və nizamlanması, inam və təhlükəsizliyin möhkəmlənməsi tədbirləri də daxil olmaqla, böhranların, münaqişədən sonrakı bərpaetmənin nizamlanmasında ATƏT-in gördüyü işləri nəzərdən keçirəcəklər.

Bununla yanaşı, bu sahədə görülən tədbirlərin effektivliyi, həm öz çərçivəsində, həm də digər beynəlxalq təşkilatlarla əməkdaşlıqda təşkilat rəhbərliyi və iştirakçı dövlətlərin həyata keçirə biləcəyi əlavə tədbirlərin işlənmə zərurəti qiymətləndiriləcək. Həmçinin stabillik və təhlükəsizliyin təmin olunması və qorunmasında hüquq mühafizə orqanlarının fəaliyyətinin əhəmiyyəti və rolu gözdən keçiriləcək. İştirakçılar mütəşəkkil cinayətlə, terrorçuluq və narkotik alveri ilə mübarizədə, həmçinin sərhəd təhlükəsizliyi və sərhəd rejimi sahəsində hüquq-mühafizə orqanlarının rolunu müzakirə edəcəklər.

Bununla yanaşı, konfransda ATƏT çərçivəsində mövcud olan hərbi-siyasi razılaşmaların yerinə yetirilməsi, həmçinin münaqişələrin qarşısının qabaqcadan alınması və nizamlanması, böhranların, münaqişədən sonrakı bərpa etmənin nizamlanması sahəsində onların problemlərin həllinə necə yardım etmələri müzakirə olunacaq.

İştirakçı dövlətlərə və Konfransın digər iştirakçılarına hər hansı yazılı qeydlərini iyunun 20-də təqdim etmək təklif olunur.

Xəbər lenti

Xəbər lenti