Trend verdiyi xəbərə görə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev DİN nümayəndələrinin xarici ölkələrdə və beynəlxalq təşkilatlarda təyin olunması və onların fəaliyyətinin təminatı haqqında fərman imzalayıb.
Fərmana əsasən, daxili işlər işlər nazirinə səlahiyyət verilir ki, prezidentlə razılaşdırdıqdan sonra DİN funksiyalarının həyata keçirilməsi üçün nümayəndələri mühüm ölkələrdə və beynəlxalq təşkilatlarda təyin etsin. Onlar struktura və səfirliklərin ştat cədvəlinə daxil edilməklə ezam ediləcəklər. Onların fəaliyyətinin maliyyə təminatı dövlət büdcəsindən DİN üçün ayrılmış vəsaitlər hesabına həyata keçiriləcək.
Nümayəndələrin fəaliyyətinin maliyyə və maddi-texniki təminat məsələlərinin həll edilməsi Nazirlər Kabinetinə həvalə olunub.