Bakı-Tiflis-Ceyhan boru kəmərinin istismara verilməsi münasibətilə Gürcüstan Milli Bankının sifarişi ilə Polşa zərbxanasında kəsilmiş gümüş sikkələr bu gün dövriyyəyə buraxılacaq. Bu barədə Trend in Tiflisdəki xüsusi müxbirinə Gürcüstan MB-nin mətbuat xidmətindən məlumat verilib.
Son vaxtlar Gürcüstan üçün Polşada müxtəlif hadisələrə həsr olunmuş yubiley sikkələri hazırlanır.
Gürcüstan MB prezidenti Roman Qotsiridze Trend lə söhbətində bəyan edib ki, sikkələrə tələbatın çox olacağı proqnozlaşdırılır.
BTC-nin rəsmi açılış mərasimi iyulun 13-də Ceyhanda keçiriləcək.