Trend agentliyinin məlumatına əsasən, iyunun 19-da Azərbaycan prezidenti İlham Əliyev İraqın xarici işlər üzrə dövlət naziri Rafe el-İssavini qəbul edib.
Söhbət zamanı İraq naziri İslam Konfransı Təşkilatı XİN rəhbərlərinin 33-cü iclasının uğurlu keçdiyini qeyd edib.
Azərbaycan prezidenti İraqda tezliklə sülhün bərqərar olacağına əmin olduğunu bildirib və İraq xalqına rifah arzulayıb.