...

Döyüş texnikası və hərbi sursatlarla yüklənmiş növbəti eşelon Gürcüstandan Azərbaycan ərazisi ilə yola salınacaq

Siyasət Materials 27 İyun 2006 13:45 (UTC +04:00)

Rusiyanın Gürcüstandakı hərbi bazalarından çıxarılan döyüş texnikası və hərbi sursatlardan ibarət daha bir eşelon Tsalka dəmir yolu ilə yola düşüb. Bu barədə Trend in xüsusi müxbirinə Gürcüstanın Müdafiə Nazirliyindən məlumat verilib.

Bu, çərşənbə axşamı səhər Tsalkadan çıxacaq sayca 12-ci eşelondur. Eşelonla Rusiyaya 22 ədəd özüyeriyən artilleriya qurğusu, həmçinin, 72 ton döyüş sursatı və Rusiyanın 62 saylı hərbi bazasının digər hərbi əmlakı daşınacaq.

Axalkalikdə yerləşən baza 2008-ci ilədək boşaldılmalıdır.

Xəbər lenti

Xəbər lenti