...

Sabir Hacıyev: "Azərbaycanda aparılan monitorinqlərlə bağlı dinləmələr AŞPA-nın 2007-ci il yaz sessiyasına planlaşdırılır"

Siyasət Materials 4 İyul 2006 14:42 (UTC +04:00)

Azərbaycanda aparılan monitorinqlərlə bağlı dinləmələr AŞPA-nın 2007-ci il yaz sessiyasına planlaşdırılır. Bu barədə Trend ə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü bəzi öhdədlikləri yerinə yetirməməsinə münasibət bildirərkən qeyd edib.

Millət vəkili bildirib ki, bu sıraya başlıca olaraq "Alternativ hərbi xidmət haqqında" qanun layihəsi daxildir. Ancaq onu da vurğulayıb ki, bu sənədin qəbul edilməsi məsələsi müharibə gedən bir ölkədə çətindir.

Nümayəndə heyətinin üzvü onu da vurğulayıb ki, Azərbaycanda aparılan monitorinqlərlə bağlı dinləmələr AŞPA-nın 2007-ci il yaz sessiyasında planlaşdırılır: "Qurumun yay sessiyasında bu məsələ ilə bağlı ümumi fikirlər söylənildi ki, Azərbaycan üzərinə götürdüyü bəzi öhdəliklər yerinə yetirilmədiyindən orada monitroinqlər davam etdirilsin". S.Hacıyev onu da əlavə edib ki, Avropa Şurasına üzv olan dövlətlərin heç də hamısı üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməyib: "Məsələn, ölüm cəzasının ləğvi ilə bağlı Rusiyaya hələ də iradlar bildirilir. Çünki Rusiya ölüm cəzasına moratorium qoyub, qanunda isə dəyişiklik etməyib".

Xəbər lenti

Xəbər lenti