...

Türkiyənin "Samanyolu" kanalı Azərbaycan prezidenti haqqında film çəkib

Siyasət Materials 4 İyul 2006 19:04 (UTC +04:00)

Türkiyənin Samanyolu Televiziyası (STI) Azərbaycan Republikasının prezidenti İlham Əliyev haqqında sənədli film hazırlayıb.

Telekanalın Azərbaycan nümayəndəliyindən Trend ə verilən xəbərə görə, 41 dəqiqəlik film yay mövsümünə hazırlıq çərçivəsində hazırlanıb və filmdə İlham Əliyevin ictimai-siyasi, həmçinin şəxsi və ailə həyatı əks olunub.

Film ilk dəfə iyulun 13-də Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin rəsmi açılış mərasimində telekanalda nümayiş etdiriləcək.

Filmin hazırlanması təxminən 3 ay çəkib, onun ilkin versiyası isə teleşirkətin Azərbaycan nümayəndəliyi tərəfindən hazırlanıb. Daha sonra sənədli filmin mətni STV-nin İstanbulda yerləşən mərkəzi ofisində redaktor nəzarətindən keçib.

Videomateriallar STV-nin Azərbaycan bürosu tərəfindən çəkilib. Bununla yanaşı arxiv materiallarından da istifadə olunub.

Xəbər lenti

Xəbər lenti