...

Bakı Rusiya regionları ilə mədəniyyət sahəsində əməkdaşlığın inkişafında maraqlıdır

Siyasət Materials 5 İyul 2006 14:36 (UTC +04:00)
Bakı Rusiya regionları ilə mədəniyyət sahəsində əməkdaşlığın inkişafında maraqlıdır

Mədəniyyət sahəsində əməkdaşlığın inkişaf məsələləri iyulun 5-də Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin Rusiya Federasiyası Çelyabinsk vilayətinin nümayəndə heyəti ilə görüşündə müzakirə olunub.

Mədəniyyət və turizm naziri rəsmi Bakının RF regionları ilə əlaqələrinin genişlənməsində maraqlı olduğunu bildirib və qeyd edib ki, Rusiyada Azərbaycan İlinin bitməsindən sonra Novosibirsk, Samara və Çelyabinsk vilayətlərində Azərbaycanın Mədəniyyət Günlərinin keçirilməsi planlaşdırılır.

"Biz artıq 2007-ci ildə Mədəniyyət günlərini keçirməyi planlaşdırırıq", - deyə nazir qeyd edib, həmçinin Çelyabinsk vilayətindən rus dilində yeni ədəbiyyat axınının zəruri olduğunu da bildirib. "Biz 50-60 yeni ədəbiyyata görə sizə minnətdar olardıq", - deyə Ə.Qarayev qeyd edib və bəyan edib ki, Azərbaycan bu ilin sentyabr ayında Moskvada keçiriləcək Beynəlxalq kitab festivalında təmsil olunacaq.

Bununla yanaşı, Ə.Qarayevin sözlərinə görə, Səməd Vurğun adına Rus Dram Teatrının Çelyabinskə qastrol səfərinə hazırlıqlar görülür. Nazirin sözlərinə görə, rəsmi Bakı Rusiya regionları ilə mədəni əməkdaşlığın inkişaf siyasətini aparır. Lakin bu siyasəti hərtərəfli əsasda deyil, konkret tədbirlərdə iştirak prinsipi əsasında aparır.

Həmçinin Rusiya və Azərbaycanın ansambl və ifaçılarının Bakıda keçirilən Bülbül adına Musiqi müsabiqəsində və Çelyabinskdə keçirilən Qlinka adına Beynəlxalq müsabiqədə iştirakının zəruri olduğu xüsusilə qeyd olunub.

Görüşdə Çelyabinsk vilayətinin vitse-qubernatoru Valentin Buravlyov və vilayətin mədəniyyət naziri Valentin Makarov iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti