...

ASDP bloklara qoşulmayacaq

Siyasət Materials 8 İyul 2006 11:36 (UTC +04:00)

İndiki dönəmdə siyasi blokların yaradılmasının heç bir əhəmiyyəti yoxdur. Bu barədə Trend ə Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə bildirib.

Qeyd edək ki, ASDP 2005-ci il noyabrın 6-da parlament seçkilərində "Yeni Siyasət" blokunda təmsil olunub. Seçkilərdən sonra isə bu blokdan çıxıb. A.Əlizadə blokdan çıxmalarını heç nə əldə edə bilmədikləri ilə izah edib: "Məhz buna görə də indi hər hansı bir blokun tərkibində seçkilərə qatılmağın heç bir mənası yoxdur".

ASDP həmsədri seçkilərdən öncə müxalifət düşərgəsində yaranmış blokların seçkilərdən sonra dağılmasını da təbii qarşılayıb. Bildirib ki, ASDP bu prosesi bir daha yaşamamaq üçün bundan sonra bloklara qoşulmaq barədə fikirləşməyəcək: "Biz bütün proseslərdə təkbaşına iştirak edəcəyik".

Xəbər lenti

Xəbər lenti