...

Böyük Quruluş Partiyasına ADP və Müsavatdan axın var

Siyasət Materials 11 İyul 2006 14:47 (UTC +04:00)

Böyük Quruluş Partiyasına (BQP) Azərbaycan Demokrat Partiyası (ADP) və Müsavat Partiyasından axın var. Bu barədə Trend ə BQP Ali Məclisinin sədri Əjdər Əliyev bildirib.

Ə.Əliyev onu da vurğulayıb ki, BQP-yə üzv olmaq üçün təkcə müxalifət düşərgəsindən deyil, cəmiyyətin ayrı-ayrı təbəqlərini təmsil edən şəxslər də müraciət edib: "ADP və Müsavatdan başqa digər partiyalardan da bizə müraciətlər edilib. Tərəflər arasında əldə olunan razılığa görə onların adlarını açıqlamaq istəmirəm". Ali Məclisin sədri onu da qeyd edib ki, müraciət edənlərin ərizələri iyulun 15-də keçiriləcək Siyasi Qurulun iclasında müzakirə ediləcək.

Ə.Əliyev daha sonra əlavə edib ki, BQP-yə üzv olmaq istəyənlər partiya rəhbərliyi qarşısındağ heç bir şərt irəli sürməyiblər: "Onlar əvvəlcə partiyaya sıravi üzv kimi qəbul ediləcəklər. Lazım gələrsə partiyanın rəhbər strukturlarında da təmsil olunacaqlar". Ə.Əliyev bildirib ki, axın BQP-nin cəmiyyətdə tutduğu mövqeyi və düzgün siyasət yürütməsi ilə bağlıdır.

Xəbər lenti

Xəbər lenti