...

İsgəndər Həmidov: "Seçkilərdə blok şəklində iştirak etməklə bağlı məsələ MSƏM-in növbəti toplantısında müzakirə olunacaq"

Siyasət Materials 13 İyul 2006 14:27 (UTC +04:00)

Seçkilərdə blok şəklində iştirak etməklə bağlı məsələ Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzinin (MSƏM) iyulun 19-da planlaşdırılan toplantısında müzakirə olunacaq. Bu barədə Trend ə MSƏM-in təsisçilərindən olan Azərbaycan Milli Demokrat Partiyasının (AMDP) sədri İsgəndər Həmidov bildirib.

İ.Həmidov qeyd edib ki, müxalifət düşərgəsində seçkilər öncəsi bloklaşmaları normal qəbul edir: "Bu, adi bir prosesdir. Seçkilər öncəsi blok şəklində birləşən partiyalar nizamnamə və məramnamələrinə uyğun fəaliyyət göstərirlər. Amma seçkilərdən sonra uğur qazanmayıb parçalanan bloklar cəmiyyət tərəfindən də ciddi qəbul olunmur".

İ.Həmidov ona da bildirib ki, təmsil olunduğu MSƏM-in gələcək seçkilərdə blok şəklində iştirak etməsi məsələsi hələ müzakirə olunmayıb. AMDP sədri əlavə edib ki, MSƏM-in növbəti toplantısında mərkəzə üzv olmaq istəyən siyasi partiyaların müraciətlərinə də baxılacaq.

Xəbər lenti

Xəbər lenti