...

Millət vəkilləri Quzey Kıprıs Türk Cümhuriyyətinin "Barış və özgürlük" azadlıq bayramında iştirak edəcək

Siyasət Materials 18 İyul 2006 13:21 (UTC +04:00)

Quzey Kıprıs Türk Cümhuriyyətinin (QKTC) "Barış və özgürlük" azadlıq bayramında iştirak etmək üçün Milli Məclisin bir qrup üzvü iyulun 20-də bu ölkəyə səfər edəcək. Bu barədə Trend ə QKTC-nin Azərbaycandakı nümayəndəsi Mustafa Evran bildirib.

M.Evran onu da qeyd edib ki, Azərbaycan nümayəndə heyəti hər il QKTC-nin azadlıq bayramında iştirak edib. QKTC-yə millət vəkillərindən Gültəkin Hacıyeva, Sabir Hacıyev, Əkrəm Abdullayev, Aydın Abbasov və Aynur Quliyeva ilə birlikdə üç jurnalistin də gedəcəyini deyən M.Evran daha sonra əlavə edib: "Azərbaycanın nümayəndə heyəti QKTC-də bir sıra əhəmiyyətli görüşlər keçirəcəklər".

M.Evran onu da bildirib ki, QKTC-nin azadlıq bayramında nümayiş keçiriləcək, türk ulduzları uçacaq. Tədbirə digər dövlətlərin nümayəndələri də qatılacaq.

Onu da bildirək ki, 1974-cü il iyulun 15-də QTKC-də çevriliş edilib, bu ölkəni Yunanıstana birləşdirməyə çalışan Afinanın qara polkovniklər xuntası iyulun 20-də Türk Cümhuriyyəti ordusu tərəfindən cavablandırılıb. O vaxtdan hər il iyulun 20-si QTKC-nin azadlıq bayramı kimi qeyd olunur.

Xəbər lenti

Xəbər lenti