...

Gəncəyə içməli su verilməsi dayandırılıb

Siyasət Materials 19 İyul 2006 13:29 (UTC +04:00)

Artıq 2-ci gündür ki, Gəncə şəhərinə içməli suyun verilməsi dayandırılıb. Bu, Göygöldən şəhərə gələn 500 mm-lik əsas su kəmərində baş verən nasazlıqla əlaqədardır. Bu barədə məlumatı Su Kanaltörəmə Səhmdar Cəmiyyətinin baş mühəndisi Məmməd Hüseynov verib.

Onun sözlərinə görə, su borusu Çaykənd və Mixaylovka kəndləri ərazisində müvəqqəti yaşayan Kəlbəcər köçkünləri tərəfindən bilərəkdən sındırılıb. "Onlar bu içməli su vasitəsilə öz həyətyanı sahələrini suvarırlar. Bu qəbuledilməzdir. Biz bununla bağlı dəfələrlə Xanlar rayon İcra Hakimiyyətinə və Polis İdarəsinə müraciət etmişik. Amma təəssüflər olsun ki, bu kimi hallar hələ də davam etməkdədəir" - deyə Hüseynov qeyd edib.

Onun fikrinə görə, şəhərə suyun verilməsinin dayandırılması şəhər rəhbərliyi ilə razılaşdırılıb. Və yerli telekanllar vasitəsilə əhaliyə bu barədə məlumat verilib. Qeyd edək ki, hazırda qəza yerində 10 nəfərdən ibarət briqada işləyir. Sabaha içməli suyun verilişinin bərpa ediləcəyi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti