...

P.Semnebi: Azərbaycanın işğal olunmuş ərazilərində yanğınlar problemi İrəvanda müzakirə olunacaq ən vacib məsələlərdən biri olacaq

Siyasət Materials 21 İyul 2006 20:25 (UTC +04:00)

Azərbaycanın işğal olunmuş ərazilərində yanğınlar problemi İrəvanda müzakirə olunacaq ən vacib məsələlərdən biri olacaq. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, iyulun 21-də AB-in Cənubi Qafqaz ölkələri üzrə xüsusi nümayəndəsi Piter Semnebi Azərbaycana səfərin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu məsələ Bakıdakı danışıqlar zamanı müzakirə olunub, lakin belə halların qarşısının alınması üçün hansı tədbirlərin tələb olunduğu haqqında yalnız regiona səfərin başa çatmasından sonra danışmaq olar.

P.Semnebi AB-nin Dağlıq Qarabağ münaqişəsilə bağlı mövqeyini bir daha təsdiqlyəib. Bu mövqe münaqişənin sülh yolu ilə həllindən ibarətdir. Onun sözlərinə görə, AB münaqişənin həlli üzrə danışıqlarda birbaşa iştirak etmir, lakin istənilən an münaqişə tərəflərinə bu istiqamətdə yardım etməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti