...

Rusiyanın yeni səfiri bu həftə Azərbaycana gələcək

Siyasət Materials 25 İyul 2006 15:58 (UTC +04:00)

Rusiyanın yeni səfiri Vasili İstratov bu həftə Azərbaycana gələcək. Bu barədə Trend ə Rusiyanın Azərbaycandakı səfirliyinin mətbuat katibi Gennadi Yevsükov bildirib.

Onun sözlərinə görə, səfirin gəlişilə bağlı bütün texniki məsələlər artıq tam həll olunub. Ehtimallara görə, gəlişindən dərhal sonra diplomat etimadnamələrini ölkə rəhbərliyinə təqdim edərək öz vəzifələrinin icrasına başlayacaq.

Qeyd etmək lazımdır ki, Rusiyanın Azərbaycandakı diplomatik nümayəndəliyinin rəhbəri vəzifəsi 2004-cü ilin sentyabrından boş qalıb. Rusiyanın əvvəlki səfiri Nikolay Ryabov olub.

Vasili İstratov 1954-cü il dekabrın 30-da anadan olub və ixtisca tarixçidir. O, 1996-cı ildən Rusiya XİN-in Şimali Amerika departamentinin direktor müavini vəzifəsini tutub.

Xəbər lenti

Xəbər lenti