...

Bakının 4 rayonunda cinayətə meylli ümumilikdə 100 uşaqla profilaktik iş aparılacaq

Siyasət Materials 25 İyul 2006 18:11 (UTC +04:00)

Avqust ayından başlayaraq Bakının 4 rayonunda cinayətə meylli ümumilikdə 100 uşaqla iş aparılacaq. Bu barədə Trend ə Uşaq Hüquqları üzrə QHT Alyansının rəhbəri Nabil Seyidov məlumat verib.

N.Seyidovun sözlərinə görə, hazırda Azərbaycanda cinayətə meylli olan və polis nəzarətində saxlanılan 4500 nəfər azyaşlı mövcuddur. Azərbaycan hökuməti, YUNİSEF və Uşaq Hüquqları üzrə QHT Alyansı cinayətə meylli uşaqlarla bağlı birgə profilaktik tədbirlər planı hazırlayıb.

"İlkin olaraq Bakının 4 rayonu üzrə hər birində 25 uşaq olmaqla cinayətə meylli uşaqlarla profilaktik iş aparağı planlaşdırmışıq. İş planımıza həmin uşaqların prsixoloji reablitasiyası, cinayətdən çəkindirilmələri və sağlam cəmiyyətə qaytarılmaları daxildir" - deyə N.Seyidov bildirib.

Xəbər lenti

Xəbər lenti