...

Allahşükür Paşazadə : Biz İsrail-Livan problemini müzakirə etmək üçün İKT-yə müraciət etmişik

Siyasət Materials 26 İyul 2006 11:13 (UTC +04:00)
Allahşükür Paşazadə : Biz İsrail-Livan problemini müzakirə etmək üçün İKT-yə müraciət etmişik

"Biz bir müsəlman kimi, Livana və Fələstinə qarşı bu amansızlığı qəbul edə bilmərik. Heç kimin din və məzhəbinə görə kimsəyə zülm etməyə haqqı yoxdur". Trend in xəbər verdiyi kimi, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə Birləşmiş Ərəb Əmirlikləri prezidentinin din və şəriət məsələləri üzrə müşaviri Əli bin əl Səid əl Haşimi ilə görüşündə bildirib.

Onun sözlərinə görə, QMİ İsrail-Livan problemini müzakirə etmək və islam dövlətləri başçılarının iştirakı ilə münaqişənin sülh yolu ilə həlli üçün İKT-yə müraciət edib.

Əli bin əl Səid əl Haşimi bildirib ki, İsrailin Livana qarşı təcavüzü - amansız hücumdur. "Bu hücum regionda kimlərinsə arxasında dayandığı bəzi qüvvələrin maraqlarına cavab verir. Orada müsəlmsanların qanı tökülür. Və biz bunu qəbul edə bilmərik", - deyə o qeyd edib.

Onun sözlərinə görə, planetin bütün insanpərvər adamları buna qarşı öz etirazını bildirməlidir. "İslam ölkələri də öz etirazını bildirib. Bu, ədalətsiz müharibədir. Məsələnin BMT çərçivəsində müzakirə olunmasına baxmayaraq, orada bu məsələyə qeyri-real münasibət göstərilir, kiminsə təsiri altında münasibət bildirilir. Bütün dünyada insanlar etiraz aksiyaları ilə çıxış edir və müsəlmanlara qarşı yönəldilmiş amansız qırğının dayandırılmasını tələb edir", - deyə Əli bin əl Səid əl Haşimi sonda bildirib.

Xəbər lenti

Xəbər lenti