...

Milli Məclisin üzvləri Tiflisdə keçirilən "Ənənəvi dini təlimlərdə qadınların rolu" konfransında iştirak edib

Siyasət Materials 1 Avqust 2006 11:14 (UTC +04:00)

Milli Məclisin İnsan Hüquqları Məsələləri Daimi Komissiyasının sədri Rəbiyyət Aslanova və Hesablayıcı Komissiyanın sədri Məlahət Həsənova iyulun 31-də Tiflisdə keçirilən "Ənənəvi dini təlimlərdə qadınların rolu" konfransında iştirak edib. Trend xəbər verir ki, deputatlar Gürcüstan azərbaycanlılarının nümayəndələri ilə görüşlərdə iştirak edib.

Millət vəkilləri Gürcüstan azərbaycanlılarının problemləri ilə tanış olub və onların tezliklə öz həllini tapacağını söyləyiblər. Onlar soydaşlarımıza öz yurdlarına daha möhkəm bağlı olmağı, ulu əcdadlarının miras qoyduqları Borçalını daim ürəkdən sevməyi arzulayıblar.

Millət vəkilləri avqustun 1-də Bakıya qayıdacaq.

Xəbər lenti

Xəbər lenti