...

QKTC-nin Azərbaycandakı təmsilçisinin missiyası daha bir ay uzadılıb

Siyasət Materials 1 Avqust 2006 12:55 (UTC +04:00)
QKTC-nin Azərbaycandakı təmsilçisinin missiyası daha bir ay uzadılıb

Quzey Kıprıs Türk Cümhuriyyətinin (QKTC) Azərbaycandakı təmsilçisi Mustafa Evranın missiyasının vaxtı daha bir ay artırılıb. Bu barədə Trend ə M.Evranın özü bildirib.

Qeyd edək ki, M.Evran QKTC-nin Azərbaycanda təmsilçisi kimi 2001-ci il avqustun 1-dən çalışır. 2005-ci ildə missiyasını başa vurub vətənə dönməliydi. Lakin fəaliyyəti daha bir il artırılıb. İyulun 31-də vətənə dönməyə hazırlaşan M.Evran QKTC Xarici İşlər Nazirliyinin tapşırığan əsasən avqust ayını da Bakıda keçirməli olacaq.

M.Evran bildirib ki, vaxtının uzadılmasına səbəb onun yerinə gələcək diplomatın hələ də müəyyən olunmamasıdır: "Bu məsələ həll olunandan sonra mən vətənə dönüb iki il Xairici İşlər Nazirliyində çalışacağam".

Xəbər lenti

Xəbər lenti