...

"İrəli" təmsilçiləri "Dağlıq Qarabağ həqiqətləri" kitabını Rusiyanın "Naşı" gənclər hərəkatının təşkil etdiyi yay düşərgəsində paylayıb

Siyasət Materials 1 Avqust 2006 15:06 (UTC +04:00)

Heydər Əliyev Fondu tərəfindən hazırlanan "Dağlıq Qarabağ həqiqətləri" kitabları Rusiyanın "Naşı" gənclər hərəkatının Tver vilayətində təşkil etdiyi yay düşərgəsində paylanılıb. Trend xəbər verir ki, bu barədə düşərgədə iştirak edən "İrəli" Ümumrespublika Gənclər Hərəkatı (ÜGH) üzvləri keçirdikləri mətbuat konfransında bildiriblər.

Qeyd edək ki, düşərgədə Azərbaycanı "İrəli" ÜGH-nin həmtəsisçisi Elnur Məmmədov, Anar Rzayev və Fərid Mirişiov təmsil edib. E.Məmmədov bildirib ki, düşərgənin təşkil olunması üçün 3 milyon dollar xərc çəkilib: "Rusiyanın tanınmış politoloqları, ictimai xadimləri, prezident administrasiyasının nümayəndələri düşərgə iştirakçıları qarşısında mühazirə oxuyublar". E.Məmmədli onu da bildirib ki, Azərbaycanın nümayəndə heyəti "Naşı"nın rəhbərliyi, Rusiyanın hakim "Yedinaya Rossiya" partiyasının icra aparatının rəhbəri Sergey Vorobyov, Tver və Krasnoyarsk vilayətlərinin qubernatorları, Rusiyanın müdlafiə nazirin müavini ilə görüşlər keçiriblər.

"İrəli" ÜGH-nin üzvləri tədbirdə Azərbaycan gəncliyinin uğurları barədə çıxışlar edərək əsasən qaçqın və mücburi köçkün gənclərin təhsil və s. problemlərdən danışıblar: "Molodoya Qvardiya-Yedinaya Rossiya" təşkilatı ilə əməkdaşlıq və gələcəkdə qarşılıqlı səfərlərin təşkili ilə bağlı razılıq əldə olunub". E.Məmmədli onu da bildirib ki, Dağlıq Qarabağ məsələsi onlar tərəfindən gündəmə gətirilib.

Onu da bildirək ki, tədbirdə 5000 gənc iştirak edib.

Xəbər lenti

Xəbər lenti