...

ABŞ-ın Qax və Şəkidə maliyyələşdirdiyi layihələrin tamamlanması münasibətilə mərasim keçiriləcək

Siyasət Materials 2 Avqust 2006 18:25 (UTC +04:00)

Avqustun 3-ü və 4-də ABŞ-ın Qax və Şəkidə maliyyələşdirdiyi elektrik enerjisi üzrə layihələrin tamamlanması münasibətilə mərasim keçiriləcək. Trend in xəbər verdiyi kimi, bu barədə ABŞ-ın Bakıdakı səfirliyinin mətbuat xidmətinin məlumatında qeyd olunub.

Layihələr ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilib və "CHF International" təşkilatı tərəfindən həyata keçirilib. Bu layihələrin həyata keçirilməsi Azərbaycanın bu rayonlarının Tasmalı və Daşüz icmalarının qoşulduğu beş illik İcma fəaliyyəti üzrə Proqramın fəaliyyəti sayəsində mümkün olub.

Səfirliyin press-relizində qeyd olunub ki, icmalar inanır ki, bu layihələr icma infrastrukturunun inkişafına yardım edəcək.

Xəbər lenti

Xəbər lenti