Müsavat Partiyası Məclisinin sədrliyinə namizədlərin sayı arta bilər. Bu barədə Trend ə Müsavat Partiyası sədrinin müavini Arif Hacılı bildirib.
A.Hacılı qeyd edib ki, partiya Məclisinin növbəti toplantısına ciddi hazırlıq tələb olunmur. Məclisin iclasları partiyanın nizamnaməsinə görə üç aydan bir keçirilməlidir. Sentyabrda Məclisin növbəti iclası olacaq. Müsavat rəsmisi onu da bildirib ki, Məclis sədrliyinə namizədlərin sayı arta bilər: "Hələlik kimlərin sədrliyə namizəd olacaqları bilinmir. Heç kəs namizədliyini irəli sürməyib. Çünki Məclisin növbəti toplantısının vaxtı təyin olunduqdan sonra namizədliklərin irəli sürülmə vaxtı da müəyyənləşdiriləcək".
Partiya sədrinin müavini onu da qeyd edib ki, Məclisin növbəti toplantısı əvvəlki toplantıdan fərqlənə bilər: "Bu da namizədlərin çoxluğu ilə bağlı ola bilər".