...

Azərbaycan Prezidenti Rusiyanın yeni səfirinin etimadnamələrini qəbul edib

Siyasət Materials 4 Avqust 2006 17:22 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev avqustun 4-də Rusiyanın ölkəmizdəki yeni fövqəladə və səlahiyyətli səfiri Vasili İstratovun etimadnamələrini qəbul edib. Bu barədə Trend xəbər verir.

Dövlət başçısı V.İstratova diplomatik vəzifəsində uğurlar arzulayıb, gələcəkdə Rusiya və Azərbaycan arasında ikitərəfli əlaqələrin genişləndiriləcəyinə ümid etdiyini bildirib.

V.İstratov prezidenti əmin edib ki, Rusiya-Azərbaycan münasibətlərinin inkişafı üçün əlindən gələni edəcək.

Xəbər lenti

Xəbər lenti