...

Ernst & Young Barmek Holding-ın investisiya qoyuluşlarının qiymətləndirilməsinə başlayacaq

Siyasət Materials 4 Avqust 2006 19:46 (UTC +04:00)
Ernst & Young Barmek Holding-ın investisiya qoyuluşlarının qiymətləndirilməsinə başlayacaq

Türkiyənin Barmek Holding şirkəti tərəfindən "Bakıelektrikşəbəkə" və "Sumqayıtelektrikşəbəkə"yə yatırılmış investisiyanın həcminin qiymətləndirilməsi üçün avqustun 5-dən İqtisadi İnkişaf Nazirliyinin rəsmi auditoru Ernst & Young işlərin həyata keçirilməsinə başlayır. Bu barədə Trend ə iqtisadi inkişaf nazirinin müavini, Barmek Holding-ın müqavilə öhdəliklərinin icrasının təftişi üzrə komissiyanın rəhbəri Mikayıl Cabbarov eksklüziv olaraq bildirib.

Auditor Barmek ilə əldə olunmuş razılıq əsasında seçilib və buna görə təkliflər ilk növbədə şirkətə təqdim olunub. İnvestisiya qoyuluşlarının qiymətləndirilməsi vacibliyi haqqında qərar Barmek Holding-ın İqtisadi İnkişaf Nazirliyi ilə imzalanan müqavilə öhdəliklərinin icrasının təftişi üzrə idarələrarası komissiyasında qəbul olunub. 2001-ci ildə bağlanın müqaviləyə əsasən, "Bakıelektrikşəbəkə" uzunmüddətli idarəyə verilib. Nazir müavinin sözlərinə görə, komissiya Bakı elektrik şəbəkəsində təftişi başa çatdırıb, "Sumqayıtelektrikşəbəkə" üzrə işlər isə davam edir.

Beynəlxalq auditiorun vəzifəsinə şirkətin investisiya öhdəliklərinin təsdiqi daxildir.

İlkin araşdırmalar nəticəsində aşkarlanıb ki, şirkət bəyan etdiyi 291 mln. dollardan az vəsait yatırıb. Bundan əlavə, qiymətlə bağlı suallar da var. İnvestisiya obyektlərinin göstərilmiş qiymətləri ilə həqiqi qiymətlərdən fərqlidir.

Xəbər lenti

Xəbər lenti