...

Rusiyanın Axalkalakidəki bazasından hərbi texnika aparan növbəti eşelon gizli olacaq

Siyasət Materials 7 Avqust 2006 13:00 (UTC +04:00)

Rusiyanın Axalkalakidəki bazasından hərbi texnika aparan növbəti eşelon avqustun 8-də Azərbaycan ərazisindən keçməklə Rusiyaya yola düşəcək. Bu barədə Trend ə Azərbaycanın Gürcüstandakı səfirliyindən xəbər veriblər.

Müəyyən olunmuş qrafikə əsasən, Rusiyanın 62-ci bazasından göndərilən yük Moskva vaxtı ilə saat 09.00-da Salka dəmir yolu stansiyasından yola düşəcək. Yüklər Azərbaycan sərhəddini saat 17.00-da keçməli və avqustun 9-da saat 11.00-da Rusiya sərhəddinə çatmalıdır. Eşelon 13 vaqondan ibarət olacaq. O, gizli olduğundan, yükün nədən ibarət olacağı barədə məlumat verilmir.

Rusiya hərbi texnikasının sonuncu eşelonu Gürcüstandan avqustun 1-də yola düşüb. Azərbaycan ərazisindən cəmi 22 eşelon (400 vaqon) keçməlidir.

Xəbər lenti

Xəbər lenti