...

DAK sədri Cavad Derəxti sentyabrda Bakıya gələcək

Siyasət Materials 8 Avqust 2006 11:00 (UTC +04:00)

Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri Cavad Derəxti sentyabrın ikinci yarısında Bakıya gələcək. Bu barədə Trend ə DAK sədrinin müavini Eldar Qaradağlı bildirib.

DAK rəsmisi qeyd edib ki, C.Derəxtinin Bakıya səfərində əsas məqsəd Güney Azərbaycan hərəkatı ilə bağlı Beynəlxalq Dəstək Konfransında iştirak etməkdir: "Bilirsiniz ki, bu təşəbbüs AMİP lideri Etibar Məmmədov tərəfindən irəli sürülüb. Təşəbbüsə də ilk dəstəyi DAK verib. Bu konfransda iştirak etmək üçün sentyabrda DAK-ın nümayəndə heyəti Bakıya səfər edəcək. Nümayəndə heyətinə kimlərin daxil olacağını deyə bilməsəm də, sədrimiz gələcək".

E.Qaradağlı onu da əlavə edib ki, C.Derəxti Azərbaycanda bir sıra görüşlər keçirəcək: "DAK-ın bölgələrdə nümayəndəliklərinin fəaliyyət göstərməsini planlaşdırmışıq. Artıq bu istiqamətdə işlərimizi yekunlaşdırmaq üzrəyik. DAK sədri Azərbaycana səfər etdiyi müddətdə bu nümayəndəliklərin açılışlarında da iştirak edəcək".

E.Qaradağlı bildirib ki, artıq DAK-ın şimal və cənub bölgəsi üzrə nümayəndəlikləri hazırdır.

Xəbər lenti

Xəbər lenti