...

Gəncədə ipoteka krediti almaq üçün 20 nəfər müraciət edib

Siyasət Materials 8 Avqust 2006 18:10 (UTC +04:00)

"Respublikabank" KB-nın Gəncə filialının rəhbəri Tahir Namazovun verdiyi məlumata görə, indiyə kimi şəhərdə 20 nəfərə yaxın gənc ipoteka krediti almaq üçün banka müraciət edib.

Onların, demək olar ki, əksər hissəsi ipoteka şərtləri ilə uyğun gəlməyib. Əsas problem əmək haqqı məsələsində yaranır. T.Namazovun sözlərinə görə, müraciət edənlərin əksəriyyətinin əmək haqqı 120-150 AZN-dir. Bu göstəriciyə görə isə belə şəxslərə kredit vermək mümkün deyil. Qeyd edək ki, Gəncədən bu günə kimi yalnız bir nəfər ipoteka krediti alıb.

Xəbər lenti

Xəbər lenti