...

Kalmıkiya Respublikasının prezidenti Kirsan İlümjinov Naxçıvana gəlib

Siyasət Materials 9 Avqust 2006 14:51 (UTC +04:00)
Kalmıkiya Respublikasının prezidenti Kirsan İlümjinov Naxçıvana gəlib

Türkiyədə keçirilən Beynəlxalq Şahmat Olimpiyadasında iştirak etmək üçün Doğu Bəyazidə gedən Rusiya Federasiyası Kalmıkiya Respublikasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinov yolüstü Naxçıvanda olub.

Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov Kirsan İlümjinovla görüşüb.

Görüş zamanı Kirsan İlümjinov 2003-cü ildə Naxçıvanda keçirilən gənclərarası şahmat üzrə dünya çempionatı iştirakçılarına məktub göndərdiyini xatırladıb.

V.Talıbov qonağa Türkiyə səfərində uğurlar arzulayıb. K.İlümjinov səmimi görüşə görə minnətdarlığını bildirib.

Xəbər lenti

Xəbər lenti