...

Yaşar Göytürk: "Yəhudilər İsveçdə mitinq keçirsələr, azərbaycanlılar onları dəstəkləyəcək"

Siyasət Materials 10 Avqust 2006 11:37 (UTC +04:00)

İsveçdə yaşayan yəhudilər İsrail-Livan münaqişəsi ilə bağlı hər hansı bir aksiya keçirsə, azərbaycanlılar onları dəstəkləyəcək. Bu barədə Trend ə Azərbaycan Yolu Siyasi Hərəkatının İsveçdəki nümayəndəsi Yaşar Göytürk bildirib.

Y.Göytürk onu da vurğulayıb ki, İsveçdə yaşayan yəhudilər tərəfindən Livanda fəaliyyət göstərən terror qruplara etiraz olaraq hər hansı bir mitinq keçirilməyib: "Əgər keçirsələr, sözsüz ki, biz onların tədbirlərində iştirak edəcəyik. Çünki onlar Dağlıq Qarabağ problemi ilə bağlı İsveçdə keçirdiyimiz tədbirlərin hamısında olmasa da, əksəriyyətində iştirak ediblər".

Y.Göytürk onu da bildirib ki, azərbaycanlıların yəhudiləri dəstəkləməsi o demək deyil ki, onlar İsrailin Livana qarşı apardığı müharibəni alqışlayırlar: "Biz hər hansı bir ölkədə fəaliyyət göstərən terror birləşmələrinin əleyhinəyik. Çünki Azərbaycanın özü ermənilərin terroruna məruz qalıb. Azərbaycan terrorun nə olduğunu yaxşı anlayır".

Xəbər lenti

Xəbər lenti