...

Gəncə Regional Enerji Təchizatı MMC reydlər keçirməyə başlayıb

Siyasət Materials 10 Avqust 2006 19:19 (UTC +04:00)

Gəncə Regional Enerji Təchizatı Məhdud Məsuliyyətli Cəmiyyət Gəncə şəhər Elektrik Şəbəkəsi ilə birgə bu gündən başlayaraq şəhərdə "İşıqlı Gəncə" adlı reyd keçirməyə başlayıb. Cəmiyyətin sədri Mürsəl Eyvazovun verdiyi məlumata görə, bu məqsədlə 5 sahə üzrə 10 qrup yaradılıb.

Bu gün artıq 193 mənzilə baxış keçirilib. Müxtəlif qanun pozuntularına görə 16 akt tərtib olunub və 33 evin naqilləri enerji pulunun ödəniməməsi səbəbindən şəbəkədən ayrılıb. Eyvazov bildirdi ki, belə reydlər mütəmadı olaraq davam etdiriləcək. O, əhaliyə işlədilən elektrik enerjisinin pullarını vaxtında ödəməyi xatırladıb.

Xəbər lenti

Xəbər lenti