...

DAK bütün siyasi partiyaları Güney Azərbaycana dəstək verməyə çağırır

Siyasət Materials 11 Avqust 2006 18:01 (UTC +04:00)

"AMİP lideri Etibar Məmmədovun Güney Azərbaycana dəstək çağırışı Dünya Azərbaycanlıları Konqresi tərəfindən müsbət dəyərləndirilir. Eyni zamanda DAK hesab edir ki, Güneyə dəstək kampaniyası yalnız bir partiyanın deyil, bütün Azərbaycan partiyalarının milli borcudur". Trend in məlumatına görə, bu fikirlər Dünya Azərbaycanlıları Konqresinin (DAK) yaydığı bəyanatdandır.

DAK-ın bəyanatında bildirilir ki, Azərbaycanın şimalında fəaliyyət göstərən hər hansı qurum və quruluşların siyasi mövqeyindən asılı olmayaraq Güneylə bağlı bəlli strategiya olmalıdır. Çünki Güney Azərbaycanda gedən milli hərəkata Quzey Azərbaycandan da dəstək verilməlidir. DAK 35 milyonluq güney azərbaycanlılarına verilən bütün dəstəyi təqdir etdiyini, bu yolda Azərbaycanın bütün təşkilatları ilə əməkdaşlığa hazır olduğunu bəyan edib.

Xəbər lenti

Xəbər lenti