...

Nardaranlılar İsraildən müharibəni dayandırmağı tələb edib

Siyasət Materials 11 Avqust 2006 18:48 (UTC +04:00)

Avqustun 11-də Nardaran qəsəbəsinin "İmam Hüseyn" meydanında İsrailin Livana qarşı apardığı müharibəyə etiraz olaraq növbəti mitinq keçirilirb. Bu barədə Trend ə Azərbaycan İslam Partiyasının sədri Hacıağa Nuri bildirib.

H.Nuri bildirib ki, mitinqdə təxminən 500 adam iştirak edib: "Ötən mitinqdə olduğu kimi kənd ağsaqqalları İsrailin Livana qarşı apardığı ədalətsiz müharibəyə etirazlarını bildiriblər. Onlar İsraildən müharibənin dayandırılmasını tələb ediblər".

Partiya sədri onu da qeyd edib ki, mitinq İsrailin işğalçı siyasətinə dair keçirilsə də, natiqlər Dağlıq Qarabağ problemini də diqqətdə saxlayıblar: "Çıxışların əksəriyyəti Dağlıq Qarabağ problemi ilə bağlı olub. Biz ATƏT, Avropa Birliyi, Avropa Şurası və BMT-nin bu hadisələrə ikili standartlarla yanaşmasını qətiyyətlə pislədik. ATƏT-in Minsk Qrupunun fəaliyyətinin dayandırılmasını tələb etdik. ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin işğal olunan Azərbaycan ərazilərində ermənilər tərəfindən törədilən yanğınlara biganə qalmasını pislədik".

H.Nuri qeyd edib ki, mitinqin sonunda qətnamə qəbul olunub. O qeyd edib ki, polislər mitinqin keçirilməsinə mane olmayıblar. "Növbəti mitinq barədə hələlik konkret qərar qəbul olunmadı. Amma mitinq məsələsi gündəmdə saxlanılıb".

Xəbər lenti

Xəbər lenti