...

Ukrayna baş nazirinin birinci müavini və Azərbaycan səfiri V.Yuşenkonun Bakı səfərini müzakirə edib

Siyasət Materials 12 Avqust 2006 11:19 (UTC +04:00)

Ukrayna baş nazirinin birinci müavini, maliyyə naziri Nikolay Azarov Azərbaycan Respublikasının Ukraynadakı səfiri Tələt Əliyevlə görüşüb.

Trend in LІQABіznesІnform-a istinadən verdiyi xəbərə görə, görüşdə N.Azarov Ukrayna prezidenti Viktor Yuşenkonun Azərbaycana 2006-cı il sentyabrın əvvəlinə planlaşdırılmış səfəri barədə mövzuya toxunub. O bildirib ki, səfər zamanı Ukrayna ölkələrin siyasi və iqtisadi sahələrdə strateji əməkdaşlığının əsas vəziyyətlərinin əks olunduğu birgə siyasi sənədin imzalanacağına ümid edir.

N.Azarovun sözlərinə görə, ikitərəfli ticarətin göstəriciləri təsdiq edir ki, Ukrayna və Azərbaycan əhəmiyyətli iqtisadi potensiala malikdir. Belə ki, ötən il ölkələr arasında xarici ticarət dövriyyəsi 334,78 mln. ABŞ dolları təşki l edib.

Baş nazirin birinci müavini həmçinin Ukrayna-Azərbaycan hökümətlərarası komissiyanın iqtisadi əməkdaşlıq məsələləri üzrə növbəti iclasının mümkün qədər tez baş tutmasında maraqlı olduğunu bildirib. O əmindir ki, bu, danışıqların gündəliyini yüksək səviyyədə və daha tez hazırlamağa imkan yaradacaq.

Xəbər lenti

Xəbər lenti