...

Qənirə Paşayeva: Qazax - Tovuz bölqəsində ermənilər 60 hektardan çox sahəni yandırıblar

Siyasət Materials 14 Avqust 2006 13:25 (UTC +04:00)
Qənirə Paşayeva: Qazax - Tovuz bölqəsində ermənilər 60 hektardan çox sahəni yandırıblar

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Tovuz və Qazax bölgəsində ermənilərin vandalizm aktları ilə bağlı avqustun 12-də apardığı monitorinqi başa vurub. Bu barədə Trend ə Qənirə Paşayeva məlumat verib.

Qeyd deək ki, avqustun 11-də ermənilər yenidən Qazax rayonunun Fərəhli və Daş Salahlı kəndləri ilə sərhəd ərazilərdə yanğınlar törədiblər. Yanğın həmin kəndlərə də keçib və ciddi ziyan vurub. Yanğınsöndürmə briqadarının səyi ilə yanğın söndürülüb.

Millət vəkili bildirib ki, bölgədə kənd camaatı ilə söhbətlər aparıb: "Yanğınlar Ermənistanın Noyemberyan rayonundan Azərbaycanın sərhəd bölqəsminə keçib".

Q.Paşayeva onu da bildirib ki, Qazaxın Məzəm kəndi Ermənistanın 7 kəndi ilə əhatə olunub. Qızılağac kəndi isə tamamilə yandırılıb: "Bölgədə olan əhali bildirdi ki, ermənilər tərəfindən təhlükə hər an baş verə bilər. Burada ermənilər tez-tez atəşlər açır. İnsanlar vahimə içindədir". Millət vəkili qeyd edib ki, bölgədə törədilən yanqınlar kənd əhalisinin köməyi ilə söndürülüb. Ancaq buna baxmayaraq onlar yenə də baş verə biləcək yanğınların qarşısını almağa hazır oduqlarını bildiriblər: "Biz yanğınlarla bağlı bütün məlumatları topladıq, hadisə yerində fotoşəkillər çəkdik və bütün bunları AŞPA üçün hazırlayacaqmız sənədə daxil edəcəyik".

Onu da bildirək ki, Q.Paşayeva Ermənistanın son vaxtlar atəşkəsi intensiv surətdə pozaraq işğal etdiyi Azərbaycan ərazilərindən sərhədboyu kəndlərin mülki əhalisini atəşə tutması ilə bağlı AŞPA-ya sənəd hazırlayır.

Xəbər lenti

Xəbər lenti