...

"Yeni fikir" Gənclər Hərəkatına yeni sədr seçilib

Siyasət Materials 15 Avqust 2006 13:58 (UTC +04:00)

"Yeni fikir" Gənclər Hərəkatına yeni sədr seçilib. Trend in xəbərinə görə, bu barədə avqustun 15-də mətbuat konfransı keçirən "Yeni fikir" Gənclər Hərəkatının üzvləri və təşkilatın yeni sədri Anar Hüseynov məlumat verib.

Anar Hüseynov bildirib ki, təşkilat üzvləri növbədənkənar konfrans keçirərək onu təşkilata rəhbər seçiblər. "Təşkilat erməni xüsusi xidmət orqanları qarşısında öhdəlik götürmüş Ruslan Bəşirli və onun ermənipərəst ətrafından təmizlənib. Bundan sonra nə Ruslan Bəşirlinin, nə Ramin Tağıyevin, nə Səid Nuriyevin, nə də onları dəstəkləyən 3-5 nəfərdən ibarət özlərini bu təşkilatın üzvü kimi cəmiyyətə sırımağa çalışan şəxslərin "Yeni fikir" adından çıxış etməyə haqları yoxdur" - deyə A.Hüseynov söyləyib.

A.Hüsenyov qeyd edib ki, təşkilat Azərbaycanın ictimai-siyasi həyatında çox həlledici və əhəmiyyətli rol oynayıb. Bu səbəbdən də həmin şəxslər hərəkatın sıralarından kənarlaşdırılıb. "Bundan sonrakı fəaliyyətimizi mövcud qanunvericiliyimizin yol verdiyi tələblər daxilində müxalifətdə qalmaqla davam etdirəcəyimizi bəyan edirik" - deyə A.Hüseynov bildirib.

Xəbər lenti

Xəbər lenti