...

Müdafiə Nazirliyi: Orduda neqativ halların sayı azalıb

Siyasət Materials 15 Avqust 2006 15:43 (UTC +04:00)

Azərbaycan ordusunda neqativ halların sayı azalıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İlqar Verdiyev məlumat verib.

"Təəssüf olsun ki, bəzi qüvvələr ordudakı konkret şəxslər barədə mənfi rəy yaratmaq üçün ictimaiyyətə ordudakı vəziyyətlə bağlı saxta məlumatlar ötürürlər. Müdafıiə Nazirliyi heç vaxt təkzib etmir ki, orduda neqativ hallar yoxdur. Ordu cəmiyyətin bir hissəsidir və cəmiyyətdəki neqativliklər orduya da mütləq sirayət edir. Belə hallar var və buna qarşı mübarizə də güclüdür. Əgər hər hansı zorakılıq, yaxud korrupsiya barədə vətəndaş tərəfindən şikayət daxil olursa, bununla bağlı ən ciddi tədbirlər görülür" - deyə İ.Verdiyev bildirib.

Xəbər lenti

Xəbər lenti