...

Azərbaycanın Quba rayonunda ermənilər tərəfindən qətlə yetirilmiş yəhudilərdən 118 nəfərinin kimliyi müəyyənləşib

Siyasət Materials 17 Avqust 2006 11:58 (UTC +04:00)
Azərbaycanın Quba rayonunda ermənilər tərəfindən qətlə yetirilmiş yəhudilərdən 118 nəfərinin kimliyi müəyyənləşib

1918-19-cu illərdə Azərbaycanda yəhudilərin erməni quldur dəstələri tərəfindən kütləvi şəkildə qətlə yetirilməsinə dair yeni faktlar ortaya çıxır. Bu barədə Trend ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Haqları İnstitutunun direktoru, professor Rövşən Mustafayev məlumat verib.

O bildirib ki, Azərbaycanın Quba rayonunda və onun ətrafında qətlə yetirilmiş yəhudilərdən artıq 118 nəfərin kimliyi - adı, soyadı, atasının adı müəyyənləşdirilib. R.Mustafayevin sözlərinə görə, Quba yaxınlığındakı Şmi dərəsində dinc yəhudilərə qarşı dəhşətli qətliam həyata keçirilib. Rəsmi rəqəmlərə görə, öldürülən yəhudilərin sayı 1200-1300 nəfərdir. Lakin bu rəqəmlərdə xeyli dəyişikliklər olub. Belə ki, sovet qoşunları tərəfindən Azərbaycanda milli hökumət devrildikdən və ölkəmiz SSRİ-yə daxil edildikdən sonra Azərbaycan SSR-in rəhbərliyində xeyli sayda erməni mənşəli şəxs təmsil olunub. Ermənilərin, hətta "Daşnaksütyun" terror təşkilatının nümayəndələri sovet illərində Azərbaycanın dövlət arxivlərinə giriblər. O dövrdə ermənilərin törətdikləri qətllərə dair bir sıra sənədlər bundan sonra yoxa çıxıb.

R.Mustafayev qeyd edib ki, İnsan Haqları İnstitutunın əsas mənbələri təkcə arxiv sənədləri deyil, həm də yəhudilərin dini mərkəzləridir. Onun sözlərinə görə, Azərbaycanda və xarici ölkələrdəki sinaqoqlarda hər il martın 31-də qətlə yetirilmiş yəhudilərin xatirəsi yad edilir, "Xaşqovod" duası oxunan zaman onların adları-soyadları çəkilir: 1918-ci il martın 31-də Azərbaycanda erməni quldurları tərəfindən azərbaycanlılara, həmçinin yəhudilərə qarşı kütləvi soyqırım törədildiyini, nə üçün və kimlər tərəfindən edildiyini xarici ölkə sinaqoqlarında bilmirlər. Bu qətliamlar başqa günlərdə - martın 29-da, mayın 9-da və digər vaxtlarda da törədilib. Hətta bu soyqırımın davamlı olması nəzərdə tutulubmuş. Sadəcə olaraq sonrakı dövrdə ikinci dünya mühribəsi başlayıb, Xolokostda dəhşəti faciələr törədilib və buna görə də ermənilərin əli ilə Azərbaycanda yaşayan dağ yəhudilərinin məhv edilməsi prosesi səngiyib"-deyə R.Mustafayev qeyd edib.

R.Mustafayevin sözlərinə görə, ermənilərin Hitlerin faşizm ideologiyasına yaxınlığı ilə bağlı faktlar da əldə olunub: "Məsələn ermənilərin "Hayastan" qəzetinin 1943-45-cü illərdəki nəşrini əldə etmişik. Erməni dilində çıxan bu qəzetdə Hitlerin portretinə, ön hissəsində "svastika" nişanına (faşizm nişanı) rast gəlinir və nəşrdə erməni generalı Sarkisyan ermənilərə "birlikdə ədaləti bərpa etmək", "Böyük Ermənistanı yaratmaq" kimi çağırışlar edir, öz millətini ən yüksək, ali millət kimi təqdim edir. Çoxlu sayda erməninin Hitler faşizminə qulluq etməsinə və konslagerlərin ən qəddar zabitləri olmasına dair Qərb ölkələrinin alimləri də araşdırmalar aparıb və tutarlı faktlar aşkarlayıblar. Azərbaycanda ermənilərin yəhudiləri kutləvi şəkildə qətlə yetirməsinə dair faktların üzə çıxarılmasında deputat Yevda Abramovun xüsusi rolu var"-deyə R.Mustafayev vurğulayıb.

Azərbaycan Milli Məclisinin yəhudi mənşəli deputatı Yevda Abramov da Trend ə açıqlamasında yəhudilərin ermənilər tərəfindən soyqırımlara məruz qalmasından danışaraq bildirib ki, qeyri-rəsmi məlumatlara görə, 3000 minə yaxın dağ yəhudisi 1918-19-cu illərdə erməni daşnaklarının həyata keçirdiyi qırğınlarda qətlə yetirilib: "Azərbaycanda yaşayan biz yəhudilər həmişə azərbaycanlılarla bir olmuşuq, eyni kədəri, sevinci, faciəni, uğurları bölüşmüşük. Erməni quldurları tərəfindən dinc azərbaycanlı və yəhudilərin soyqırıma məruz qalması faktlarını dünya ictimaiyyətinə çatdırmağa çalışırıq. Bunu həm də İsrail dövlətinin xətti ilə, müxtəlif ölkələrdəki səfirliklər vasitəsilə edirik"-deyə Y.Abramov bildirib.

Xəbər lenti

Xəbər lenti