...

Azərbaycanlı qadınları Türkiyəyə apararaq cinsi istismar məqsədilə satmış iki qadın həbs edilib

Siyasət Materials 17 Avqust 2006 15:41 (UTC +04:00)

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində insan alveri ilə məşğul olan iki qadın həbs edilib. Bu barədə Trend ə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən məlumat verilib.

Həbs olunan qadınlar Bakı şəhər sakinləri Səbinə və Simarə Əlipaşayeva bacılarıdır. Onlar azərbaycanlı qadınları Türkiyə Respublikasına aparıb cinsi istismar məqsədilə satmaqda təqsirli bilinirlər.

Faktla əlaqədar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti