...

5 kiloqrama yaxın heroin aşkar edilib

Siyasət Materials 21 Avqust 2006 18:41 (UTC +04:00)

Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Məcid Məcidovdan 5 kiloqrama yaxın heroin aşkar edilib. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Narkotik vasitənin 2,792 qramı M.Məcidovun üstündən, 2 kiloqramı isə yaşadığı mənzildən aşkar edilib.

Nərimanov Rayon Polis İdarəsinin işçiləri isə əvvəllər məhkum olunmuş Yuri Yelşeviçdən 0,269 qram heroin müsadirə ediblər.

Faktlarla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti