...

Türkiyə XİN-in regional direktoru Azərbaycanda məsləhətləşmələr aparır

Siyasət Materials 23 Avqust 2006 11:45 (UTC +04:00)

Türkiyə XİN-in regional direktoru Rəşid Umanın başçılıq etdiyi həmin ölkənin xarici siyasət idarəsinin nümayəndə heyəti Azərbaycandadır. Türkiyənin Azərbaycandakı səfirliyindən Trend ə verilən xəbərə görə, avqustun 23-də nümayəndə heyəti Naxçıvana yola düşüb, burada Muxtar Respublikanın rəhbərliyi ilə görüşüb bir sıra görüşlər keçirmək niyyətindədir.

Görüşdə tərəflər Türkiyə və NMR arasında əməkdaşlığın inkişaf məsələlərini müzakirə edəcək. Avqustun 24-də Türkiyə XİN-in nümayəndə heyəti Bakıya qayıdacaq və burada Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov və Xaricdə yaşayan azərbaycanlılarla iş üzrə Dövlət komitəsinin sədri Nazim İbrahimovla görüşlərin keçiriləcəyi planlaşdırılıb. Səfər avqustun 25-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti