İordaniya kralı II Abdullanın Azərbaycana ikigünlük rəsmi səfəri avqustun 23-də günün 2-ci yarısında başa çatıb. Trend in xəbər verdiyi kimi, Bakıya səfərinin ikinci günü kral II Abdulla Şəhidlər Xiyabanını və eks prezident Heydər Əliyevin məzarını ziyarət edib, ölkə prezidenti İlham Əliyevlə təkbətək, sonra isə geniş tərkibdə danışıqlar aparıb. Onlar aparılmış danışıqların yekunları üzrə bəyanatla çıxış ediblər.
Günorta Azərbaycan prezidenti adından Yaxt-klubda İordaniya kralının şərəfinə təntənəli qəbul təşkil olunub. Kral Heydər Əliyev Fonduna da baş çəkib.