...

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Sloveniyada görüşməsi sual altındadır

Siyasət Materials 26 Avqust 2006 12:57 (UTC +04:00)
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Sloveniyada görüşməsi sual altındadır

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin "Kaspi-2008" beynəlxalq konfransı çərçivəsində Sloveniyada görüşəcəkləri ehtimalına dair hələ dəqiq məlumat yoxdur. Bu barədə Trend ə avqustun 26-da Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Mətin Mirzə bildirib.

Qeyd edək ki, avqustun 27-28-də Sloveniyanın paytaxtı Lyublyanada "Kaspi-2008" beynəlxalq konfransı keçiriləcək. Konfransda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edəcək. Burada həmçinin Sloveniyanın baş naziri Yanez Yanşanın, ATƏT-in fəaliyyətdə olan sədri Karl de Quxtun, Gürcüstanın baş nazir müavini Georqi Baramidzenin, Ermənistanın xarici işlər naziri Vardan Oskanyanın, Slovakiyanın xarici işlər naziri və Aİ-nin Mərkəzi Asiya ölkələri üzrə keçmiş xüsusi nümayəndəsi Yan Kubişin, Rusiya Federasiyasının xarici işlər nazirinin birinci müavini Andrey Denisovun, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin və başqalarının iştirak edəcəyi gözlənilir.

M.Mirzə xatırladıb ki, həmsədrlər Elmar Məmmədyarova və Vardan Oskanyana yaxın vaxtlarda görüşməyi təklif edib. Lakin hələ görüşün keçirilmə vaxtının dəqiq tarixi və vaxtı məlum deyil. Azərbaycan naziri artıq V.Oskanyanla görüşməyə hazır olduğunu bildirib. Ermənistanın xarici işlər naziri həmçinin bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənmə məsələsi üzrə iki nazirin növbəti görüşü yaxın vaxtlarda baş tutacaq.

Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılov Trend ə verdiyi müsahibəsində həmçinin istisna etməyib ki, əgər konfrans zamanı tərəflər istəsələr, Azərbaycan prezidenti İlham Əliyevin ATƏT-in fəaliyyətdə olan sədri Karl de Quxt ilə görüşü baş tuta bilər və bu görüşdə Azərbaycanın işğal altında olan ərazilərindəki yanğınlar məsələlərin müzakirə edilməsi mümkündür.

Xəbər lenti

Xəbər lenti