Yaxın vaxtlarda Azərbaycanda yeni regional kanalların açılması haqqında məsələyə baxılması planlaşdırılır. Bu barədə Trend ə Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli məlumat verib.
Onun sözlərinə görə, yaxın vaxtlarda Şəki və Yevlaxda televiziya kanallarının açılması planlaşdırılır.
N.Məhərrəmli 2006-cı ilin payızında Milli Məclisin fəaliyyətinin işıqlandırılması ilə məşğul olacaq parlament televiziyasının yaradılacağı ilə bağlı KİV-in yaydığı məlumatları təkzib edib.