...

Respublikaçılar İnstitutunun Bakı ofisi siyasi partiyalar üçün treninqlərə başlayır

Siyasət Materials 4 Sentyabr 2006 17:34 (UTC +04:00)

Bu həftədən başlayaraq ABŞ-ın Respublikaçılar İnstitutunun Bakı ofisi Azərbaycanın müxalifət partiyaları üçün treninqlərə başlayır. Bu barədə Trend ə institutun siyasi proqramlar üzrə direktoru Fariz İsmayılov məlumat verib.

O qeyd edib ki, treninqlər partiyaların gənclər təşkilatları üçün keçirilir. Məqsəd gənclər təşkilatlarında liderlik strategiyasının işlənib hazırlanmasına, təşkilat bacarığının formalaşmasına yardım etməkdən ibarətdir.

F.İsmayılov qeyd edib ki, hazırda "Yeni Azərbaycan" və Demokratik İslahatlar partiyalarının gənclər təşkilatları üçün də treniqlər keçirilir.

Xəbər lenti

Xəbər lenti